Xırdalan susuz qaldı - Magistral xətdə qəza
20 Avqust 2015 16:28 (UTC+04:00)
Şəhərin 26-cı məhəlləsinin sakinlərindən AzNews.az-a verilən məlumata görə, suyun hansı səbəbdən verilməməsi ilə bağlı məlumat ala bilmirlər.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı isə AzNews.az-a bildirib ki, suyun verilməməsinə səbəb magistral xətdə baş verən qəzadır:
"Hazırda qəzanın səbəbi aradan qaldırılıb. Bu dəqiqələrdə magistral xəttə su vurulur və sakinlər yaxın vaxtlarda su ala biləcək".
Xalid