Razi Nurullayev qəzet və sayt açır - Adlar

20 Avqust 2015 16:31 (UTC+04:00)
Bu barədə məlumatı AzNews.az-a onun özü verib.

Razi Nurullayevin sözlərinə görə, holdinqdə iki media qurum fəaliyyət göstərəcək:

"İlk öncə "Cümhuriyyət" qəzeti bərpa olunacaq. Sentyabrdan etibarən qəzet işıq üzü görəcək. İkincisi isə "Cəbhə.info" adlı portal yaradırıq".

R.Nurullayev nəzarətində olacaq media holdinqin rəhbərinin adını da açıqlayıb:

"Baş redaktor Rəfael Becanov olacaq. Ayrıca ofis götürəcəyik. Maliyyəmizdən isə jurnalistlər razı qalacaqlar".

AzNews.az