“Müsəlman qardaşları”nın yeni lideri seçildi

20 Oktyabr 2012 05:09 (UTC+04:00)


Misir parlamentinin spikeri Saad əl-Katatni "Müsəlman qardaşları"nın lideri seçilib. Anspress-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, o, prezident seçildikdən sonra liderlikdən istefa verən Məhəmməd Mursini əvəz edəcək.Mühafizəkar əl-Ktatni 581 səs toplayıb.

Onun rəqibi - hərəkatın sədr müavini Əssam əl-Əriana isə 283 nəfər səs verib. Əl-Ərian daha çox islahatçı kimi və Misirdəki liberal partiyalarla dialoqun tərəfdarı kimi tanınır.Qahirədə isə 10 minə yaxın adam "Müsəlman qardaşları"ndan ötən həftə hakimiyyət əleyhinə aksiyanın iştirakçıları ilə toqquşmaya görə üzrxahlıq tələb edib.

Toqquşma nəticəsində 100-dən artıq adam xəsarət almışdı. Onlar yeni Konstitusiyanın cəmiyyətin bütün təbəqələrinin maraqlarına cavab verməsini də tələb ediblər.Xatırladaq ki, Hüsnü Mübarəkin hakimiyyəti illərində "Müsəlman qardaşları"nın fəaliyyəti qadağan edilmiş, onun yüzlərlə fəalı həbs olunmuşdu.

AzNews.az