İtkin balıqçılar qayıtdı
20 Avqust 2015 18:00 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə APA-ya Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov məlumat verib.
A. Aslanov deyib ki, motorlu qayığın akkumulyatoru sıradan çıxdığı üçün 4 balıqçı 9 gün açıq dənizdə qalıb:
"Xəzərdə itkin düşən balıqçılar 9 gün sonra başqa bir balıqçı gəmisindəki balıqçıların yardımı ilə akkumulyatoru təmir edərək sahilə çıxıblar".
A. Aslanov 9 gün ərzində balıqçıların ehtiyat üçün götürdükləri ərzaq və su ilə qidalandıqlarını da söyləyib:
"Balıqçılar həmişə pis günlərini fikirləşdikləri üçün ehtiyat azuqə götürürlər".