3 şəxs batmaqdan xilas edildi - Bakıda
20 Avqust 2015 20:35 (UTC+04:00)
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib və dərhal nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 19:05-də başa çatıb.
Bakının Suraxanı rayonunda isə 1 nəfər intihar məqsədi ilə özünü dənizə ataraq batmaq təhlükəsi ilə üzləşib və dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 19:14-də başa çatıb.