Nazir istefa verdi

20 Oktyabr 2012 05:23 (UTC+04:00)
Britaniyalı mühafizəkar nazir Endryu Mitçell, "Dauninq-strittə" polis ilə onun arasında yaranmış mübahisədən sonra istefa verib. (Deyerler.org) Bu barədə məlumat verən mənbələr bildirir ki, naziri istefa verməyə Polis Federasiyası və leyboristlər çağırıb.

Mitçell özü etiraf edib ki, hüquq mühafizə keşikçisini təhqir edib. Mitçelin tutduğu parlament təşkili naziri vəzifəsini artıq Corc Yanqın əvəz edəcəyi gözlənilir.

AzNews.az