37 yaşlı piyadanı maşın vurdu - Bərdədə

20 Avqust 2015 23:39 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Güloğlular kəndi ərazisində təzə bazarın yaxınlığında baş verən qəzada kənd sakini 37 yaşlı İbrahimov Ramil Famil oğlu "Mercedes" marakalı avtomobil tərəfindən vurulub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatırılıb.

Həkimlərin verdiyi məlumata görə, Travmatalogiya şöbəsində olan yaralı kişinin vəziyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.