Düşmən susduruldu

20 Oktyabr 2012 05:26 (UTC+04:00)
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az