Türkiyədə terror davam edir – Jandarmaya hücum cəhdi (FOTOLAR)
21 Avqust 2015 12:20 (UTC+04:00)
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Doğubayazitdən İğdıra gedən qaz yüklü tanker yolu bağlayan PKK silahlıları tərəfindən dayandırılıb. Üzərində partlayıcı qurğu olan PKK-lı tankerə minərək ölümlə hədələdiyi sürücünü tankeri 5 kilometr irəlidə yerləşən Suveren Jandarma bölməsinə sürməyi tələb edib.
Təhdidlə yola çıxan sürücü polis bölməsinə 300 metr qalmış əl əyləcini çəkərək özünü maşından atıb.
Polis bölməsinə qaçan sürücü əsgərləri hücumdan xəbərdar edib.
Sürücünün qaçmasındna sonra PKK-lı üzərindəki partlayıcı qurğunu maşında qoyaraq arxadan tankeri izləyən pikapla ərazidən uzaqlaşıb. Tankerdəki partlayıcı qurğu uzaqdan idarəetmə pultu ilə partladılıb.





Aydan Axundova