“Armavia”nın borcu boğazında

20 Oktyabr 2012 05:42 (UTC+04:00)
Qarabağda hava limanı açmağa hazırlaşan Ermənistan nəyi qoyub nəyi axtarır. AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu ölkənin ən böyük aviaşirkəti olan "Armavia"-nın borcları boğazına qədərdir.

Belə ki, onun 3 milyon 215.000 dollar borcu var və şirkət borcları üzündən reyslərini həyata tam keçirə bilmir. Aviaşirkətin mətbuat xidmətinin rəhbəri Nana Avetisyan isə bildirib ki, onlar hissəli olaraq borclarını ödəyirlər.

Qeyd edək ki, son zamanlar Ermənistan Dağlıq Qarabağda Xankəndi hava limanını açacaqları barədə bəyanatlar verir. Yaxşı olardı ki, vəsaiti "Armavia" şirkətinin borclarını bağlamağa sərf etsinlər.

Sadiq Musa
AzNews.az