Şirvanda ev yandı
21 Avqust 2015 18:30 (UTC+04:00)
AzNews.az Fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 59 kv.m olan birmərtəbəli mənzil yanıb.
3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Səhər saatlarında başlayan güclü yanğın yaxınlıqdakə digər mənzillərə də keçmədən saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hədisə nəticəsində ölən və yaralanan olmayıb.