PKK “Əhməd Qaya“ körpüsünü partlatdı – VİDEO

21 Avqust 2015 20:49 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, PKK Mardin bölgəsində kürd əsilli məşhur ifaçı Əhməd Qayanın adına olan körpünü partladıb. Nusaybin ərazisində partlayış nəticəsində 3 nəfər yaralanıb.

Körpünün ətrafındakı evlər, iş yerləri arasında uçurum yaranıb, partlayış gücündən binaların bəzilərində qapı-pəncərələr qırılıb.

Qeyd edək ki, Əhməd Qaya Türkiyədə kürd muxtariyyətinin tərəfdarlarından hesab olunur.