Suriya təyyarələrinin İrəvan reysi dəyişdi

20 Oktyabr 2012 06:01 (UTC+04:00)
Türkiyənin Suriya hava yolları üçün hava məkanını bağlaması Aleppo-İrəvan reysində xətt dəyişikliyinə səbəb olub. AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, artıq təyyarələr İran və İraqın hava məkanlarından istifadə etməklə reysləri həyata keçirəcəklər.

Qeyd edək ki, yeni xətt əvvəlki ilə müqayisədə nisbətən baha başa gələcək. Onsuzda sərnişin daşımalarında kifayət qədər çətinliklərlə üzləşən aviaşirkətlər qiymətin bahalaşmasından da xeyli müştəri itirəcəklər.

Sadiq Musa
AzNews.az