Azərbaycanlı qadını döyə-döyə öldürdü - Rusiyada
22 Avqust 2015 00:04 (UTC+04:00)
Müttəhim iyun ayın 17-də öz mənzilində 56 yaşlı qadınla içki qəbul edib. Qonaqlığın gedişatında münaqışə baş verib. Mübahisə nəticəsində cinayətkar ən azı 21 dəfə yumruq və təpiklə qadının başına və bədəninə zərbə vurub. Sonra zərər çəkənin evində yatmağa gedib, lakin səhər onu ölü tapıb.
İstintaq zamanı cinayətkar hər şeyı inkar edib. Qatilin sözlərinə görə, onların arasında ortaq tanışlar olub və onlardan biri qadının qatili ola bilər. Ekspertlər azərbaycanlının cinayətı törətməsini sübüta yetiriblər. Cinayətkarın işi prokurorluğa yönəlib.