Deputatımıza iş üçün müraciətlər gəlib

20 Oktyabr 2012 06:03 (UTC+04:00)
Dünən Səbail rayonu 29 saylı Seçki Dairəsindən millət vəkili seçilmiş Fuad Muradov seçicilərinin müraciətləri əsasında onlardan 21 nəfərini qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, görüş Milli Məclisin qəbul şöbəsində baş tutub. Fuad Muradova ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə və sair problemlər üstünlük təşkil edib.

Seçicilərinin problemlərini, arzu və təkliflərini təmkinlə dinləyən millət vəkili səslənən problemlərin həlli yolunda yardımçı olacağını bildirib, bir neçə məsələnin isə yerindəcə həllinə nail olub. Digərlərindən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.


AzNews.az