Neftin qiyməti ucuzlaşmaqda davam edəcək - Ekspertdən bədbin proqnoz

22 Avqust 2015 09:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib.

O, qeyd edib ki, bunun başlıca səbəbi Çində iqtisadi artım tempinin səngiməsi, ABŞ-ın ehtiyatlarının çoxalması, Səudiyyə Ərəbistanı və Rusiya kimi iri istehsalçıların hasilatı artırması və bütün bunların nəticəsi olaraq bazarda təklifin tələbi üstələməsi ilə izah oluna bilər: "Yaxın zamanlarda Anqola və İranın yeni istehsal imkanlarını reallaşdırması qiymətin yenə də ucuzlaşmasını şərtləndirəcək. Avqustun 21-də Azərbaycan neftinin anoloqu olan Brent markalı neftin 1 barreli 45.3 dollara satılıb".

Q.İbadoğlu hesab edir ki, çox şey ölkə iqtisadiyyatı və biznesi ilə yanaşı, istehlakçıların da yeni şəraitə adaptasiyasından asılı olacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az