“Topaz“ həyəcanına davam

20 Oktyabr 2012 06:13 (UTC+04:00)
Bu gün Topaz Premyer Liqasında IX turun daha 3 oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, günün mərkəzi qarşılaşması "Şəfa" stadionunda baş tutacaq.

Həmin arenada mükafatlara iddialı "İnter" cari mövsümdə məğlubiyyət üzü görməyən "Simurq"u qəbul edəcək. Bu komandaların bir-birinə daha yaxın olduğunu nəzərə alsaq, Zaqatala təmsilçisinin adətən uduzduğu "bankirlər"ə ciddi müqavimət göstərib, xal alacağı inandırıcı deyil.

"Qardaş komandalar"ın duelinədək isə 2 qarşılaşma baş tutacaq. "Turan" Əfqan Talıbovun rəhbərliyi altında Tovuzda AZAL-lı qəbul edəcək.

Keçirdiyi 6 oyundan cəmi 1 qələbə qazanmış "Bakı" isə ikinci pillədə qərarlaşmış "Qarabağ"ın qonağı olacaq.

20 oktyabr

16:00. "Turan" – AZAL
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Elşən Acalov, Feyzulla Feyzullayev
Tovuz. Şəhər stadionu

16:00. "Qarabağ" – "Bakı"
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, Ramil Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

18:00. "İnter" – "Simurq"
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Bakı. "Şəfa" stadionu

Tura sabah keçiriləcək "Sumqayıt" – "Rəvan" , "Xəzər Lənkəran" – "Qəbələ" görüşləri ilə yekun vurulacaq.


AzNews.az