Xaricdə təhsil almış tələbələrə iş təklifi

20 Oktyabr 2012 06:14 (UTC+04:00)
Bu gün Bakı Biznes Mərkəzində xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası təşkil olunub.Yarmarkada 50 şirkət və qurum vakansiyalarla çıxış edib. Bunların arasında neft sənayesi, energetika, informasiya texnologiyaları, turizm, qeyri-neft sənayesi, inşat, nəqliyyat şirkətləri var.

Bundan başqa işədüzəltmə xidmətləri 15 vakansiya təqdim ediblər. Vakansiyalar arasında 79 yer Azərbaycan Dövlət Neft Şirkətinə, 78 yer "bp Azərbaycan"a aid olub. Həmçinin, mobil operatorlar da xaricdə təhsil alan tələbələrə iş imkanlarını təqdim edib. Tədbirdə dövlət qurumlarından Dövlət Qulluğu Komissiyası iştirak edib.

Elnarə Əlosmanqızı
AzNews.az