Türkiyədə növbəti terror - 1 şəhid, 3 hərbçi yaralı

23 Avqust 2015 21:52 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Diyarbəkir vilayətində su elektrik stansiyanın tikintisinin təhlükəsizliyini qoruyan hərbçilər PKK silahlılarının hücumuna məruz qalıblar. Qulp kəndi yaxınlığında baş verən insident nəticəsində 1 əsgər şəhid olub, 3 hərbçi isə yaralanıb. Silahlıların axtarışına hərbi helikopterlər cəlb olunub.

Digər bir məlumatda isə ölkənin şərqində yerləşən Van bölgəsində 11 gömrükçünün və sürücünün itkin düşdüyü bildirilir. Onların Kapiköy sərhəd-keçid məntəqəsindən PKK silahlıları tərəfindən oğurlandıqları ehtimal olunur.