Azərbaycan və erməni diasporu dəyirmi masada

20 Oktyabr 2012 06:29 (UTC+04:00)
Moskvada Azərbaycan və erməni diasporu arasında dəyirmi masa keçiriləcək. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, dəyirmi masa oktyabrın 23-də baş tutacaq.

Verilən məlumata görə, dəyirmi masada bir sıra məsələlər müzakirə olunacaq. Əsas diqqət isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində diasporların roluna yönəldiləcək.

Eyni zamanda, Rusiyada diasporların normal birgə yaşayışı və qarşılıqlı əlaqəsi də Rusiya hökumətinin təkidi ilə dəyirmi masanın gündəliyinə salınıb.

Sadiq Musa
AzNews.az