Kənan Hacıyla bağlı yeni xəbər - Analizin nəticələri açıqlanacaq

24 Avqust 2015 13:56 (UTC+04:00)

Bu barədə AzNews.az-a şair özü məlumat verib.

K.Hacı bildirib ki, 1 saylı Mərkəzi Kliniki Xəstəxanada aparılan müalicədən sonra səhhətində xeyli irəliləyiş yaranıb:
"8 gündür buradayam, hər gün sistemlər vurulur. Ağrılarım azalıb, damarlarımda açılma hiss edirəm. Yəni, bir az yüngülləşmişəm".

K.Hacı vurğulayıb ki, bu gün bir həftəlik analizlərin cavabları gələcək: "Həkimlər həmin analizlərin cavabına uyğun qərar verəcəklər".

Xatırladaq ki, Kənan Hacı Hepatit C xəstəliyindən əziyyət çəkir. O, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə avqustun 12-də 1 saylı Mərkəzi Kliniki Xəstəxanada müayinədən keçib və hazırda orada müalicə alır.

AzNews.az
Bahar RÜSTƏMLİ