Xarici ölkələrdə hansı ixtisaslara yiyələnirik?

20 Oktyabr 2012 06:54 (UTC+04:00)
Xarici ölkələrin nifuzlu ali məktəblərində sosial-humanitar istiqamətlər üzrə təhsil alan azərbaycanlı məzunlar iş tapmaqda çətinlik çəkirlər. Bunu Təhsil Nazirinin müavini Qulu Novruzov bildidrb.

Nazir müavininin sözlərinə görə, bu vəziyyət Prezident Yanında Təhsil Komisiyasının hədəflərini müəyyənləşdirməyə ehtiyyac yaradır. Belə ki, komissiya hədəfləri müəyyənləşdirərkən xaricdə təhsillə bağlı mühəndislik, texniki elmlər, kənd təsərüfatı, turizm sahələrini prioritet olaraq qəbul edir.

Q.Novruzovun sözlərinə görə, ölkəmiz aqrar ölkə olmasına baxmayaraq, kənd təsərüfatı kimi ixtisaslarda xarici ölkələrdə təhsil almaq istəyən gənclərin sayı o qədər də çox deyil. Bununla belə nazir müavini son iki ildə ixtisas seçimində müsbət tendensiyaların olduğunu bildirib: "İnformasiya kominikasiya texnologiyaları, turizm, mühəndislik üzrə təhsil almaq üçün müraciətlər edilir. Bu müraciətlərin sayı 30 faizə çatdırılıb. Bir il əvvəl isə bu say cəmi 10 faiz idi".

Elnarə Əliosmanqızı
AzNews.az