Ər arvadını bıçaqladı

20 Oktyabr 2012 07:05 (UTC+04:00)
Bakıda ər arvadını bıçaqlayıb. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə rayonun A. Rzayev küçəsi, 53 ünvanında qeydə alınıb. Orada yaşayan 1966-cı il təvəllüdlü Abbasov Vahid Hüseyn oğlu qısqanclıq zəminində arvadı, 1979-cu il təvəllüdlü Məmmədova Afaq Adil qızını bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən V. Abbasov isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


AzNews.az