“Müalicə etməyə taqətim qalmayıb“ - Hacı Nuran

25 Avqust 2015 10:04 (UTC+04:00)

AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aparıcı xəstəliyinin hər gün irəlilədiyini bildirib:

"Neçə gündür özümü çox pis hiss edirəm, gecə-gündüz həkimlər başımın üstündə, xəstəlik günbəgün irəliləyir, halım çox dəyişib. Müalicə etməyə və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım..."

Aparıcı onu ziyarət edən dostlarına xüsusi təşəkkür edib.