Türkiyə seçki hökumətində kimlər yer ala bilər? - SİYAHI

25 Avqust 2015 10:58 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Davudoğlunun "mən təklifi fərdi edərəm" açıqlaması artıq bir sıra adların dilə gətirilməsinə səbəb olub.

Seçki hökumətində nazirlər kabinetinə CHP-dən 6, MHP-dən 3 üzv olmaqla seçiləcək şəxslərin daha əvvəl nazir olmuş şəxslərdən olacağı gözlənilir. HDP-dən seçiləcək 3 nəfərin də təcrübəli siyasətçilər arasından seçiləcəyi şübhə doğurmur.

Baş nazir Əhməd Davudoğlu CHP və MHP-dən bəzi siyasətçilərə fərdi qaydada təklif aparmağı düşünür. Bu əsasda CHP-dən daha öncə nazirlik etmiş şəxslərə təklif irəli sürülə biləcəyi bildirilir. CHP-də daha öncə nazirlik etmiş 4 şəxs var: Deniz Baykal. Fikri Sağlar, Ərdoğan Topraq və Zekeriya Temizel.

MHP-dən daha öncə kabinetdə Devlet Bahçelidən əlavə də 5 nəfər yer alıb: Oktay Vural, Murad Başesgioğlu, Meral Akşener, Əhməd Kənan Tanrıkulu, Koray Aydın.


CHP və MHP-dən fərqli olaraq Nazirlər Kabinetinə üzv verəcəyini açıqlayan HDP-də Leyla Zana, Mithat Sancar, Cəlal Doğan və Celadet Gaydalı kimi şəxslər Davudoğlu tərəfindən təklif götürülə biləcəklər isyahısında yer alırlar.

Aydan Axundova