Elbrus Ərud “Qafqaznews” xəbər agentliyini məhkəməyə verdi

25 Avqust 2015 17:34 (UTC+04:00)

AzNews.az xəbər evrir ki, bu barədə Report-a "Qafqazinfo.az" xəbər saytı və saytın sahibi Elbrus Ərudun vəkili Adəm Məmmədov məlumat verib.

Nərimanov rayon Məhkəməsindən Elbrus Ərudla bağlı "Qafqaznews" xəbər agentliyi tərəfindən yayılan məlumatların təkzib olunmasının təmin edilməsi, həmçinin onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi məqsədilə Mahmud Tağıyevdən 100 min manat tutulması istənilib.

"Qafqazinfo"nun rəhbəri Elbrus Ərud isə "Report"a açıqlamasında bu gün daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova teleqram vurduğunu da əlavə edib:

"Qafqaznews"un mənim ünvanıma yazdığı təhqirləri də teleqrama əlavə etmişəm. Çünki o agentlik Mətbuat Şurasının xəbərdarlığından nəticə çıxarmadan məni təhqir etməkdə davam edir. Bunun qarşısının alınması üçün təcili olaraq Ramil Usubov və Zakir Qaralova müraciət etdim".