Fərid Hüseynin toyudur

20 Oktyabr 2012 07:32 (UTC+04:00)
Bir müddət əvvəl İranda həbsdən azad olunan Azərbaycanın istedadlı şairi Fərid Hüseynin bu gün toyudur. "Qafqazinfo"nun məlumatına görə, gənc şair aylardır yolunu gözlədiyi nişanlısı Səbinə xanımla bu gün ailə həyatı qurur.

Xatırladaq ki, poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs edilmişdilər. Şairlərin konkret hansı maddələrlə ittiham olunduqları barədə məlumat verilmirdi. Nəhayət avqustda onların məhkəməsi olmuş və hökmün oxunması sentyabrın 7-nə saxlanmışdı.

Onlar sentyabrın 4-də həbsdən azad edilərək Azərbaycanın Təbrizdəki baş konsulluğuna təhvil veriliblər.


AzNews.az