ABŞ Türkiyə ilə birgə hava əməliyyatlarına başlayır - İŞİD-ə qarşı
25 Avqust 2015 23:36 (UTC+04:00)
AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Pentaqonun mətbuat katibi Piter Kuk məlumat verib.
"ABŞ və Türkiyə ikincinin tam olaraq koalisiyanın əməliyyatlarına qoşulması üçün texniki detalların razılaşdırılmasını başa çatdırıb", – deyə Kuk qeyd edib.
O bildirib ki, Türkiyə yaxın vaxtlarda terrorçuların mövqelərinə havadan zərbələrin endirilməsi üzrə kampaniyaya qoşulacaq.