Qoca özünü bıçaqladı

20 Oktyabr 2012 07:40 (UTC+04:00)
Bakıda intihara cəhd olub. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1949-cu il təvəllüdlü Mayılov Əli Baba oğlu yaşadığı evdə özünə bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

AzNews.az