“Niyyət“ Kanadanı dolaşdı

20 Oktyabr 2012 07:49 (UTC+04:00)
Kanadanın Ottava şəhərində Azərbaycan kino gecəsi keçirilib. Azərbaycanın Kanadadakı səfirliyindən Aznews-a verilən məlumatda deyilir ki, gecədə, kinorejissor Samir Kərimoğlunun 2010-cu ildə ekranlaşdırdığı "Niyyət" filmi nümayiş olunub.

Tədbirdə çıxış edən səfir Fərid Şəfiyev, ölkəmizin kino tarixi, eləcə də milli kinematoqrafiya sənətinə dövlət tərəfindən göstərilən qayğıdan danışıb.

Azərbaycan kino gecəsində Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, habelə Kanadada yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər.


Aznews.az