Təhsil Nazirliyi valideynlərə müraciət etdi

20 Oktyabr 2012 08:02 (UTC+04:00)
Azərbaycan gəncləri xarici ölkələrin universitetlərində aqrar sahədə təhsil almağa maraq göstərmirlər. Bunu Təhsil Nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavinin sözlərinə görə, bu günə qədər xarici ölkələrin universitetlərində aqrar sahə üzrə təhsil almaq üçün ancaq 10 tələbə göndərilib. Bu sayın azlığını nəzərə alan Təhsil Nazirliyi Macarıstan, Almaniya kimi nifuzlu aqrar universitetləri olan ölkələrlə bir başa danışıqlara başlayıb: "Ümüd edirik ki, növbəti il biz daha çox sayda gəncləırimiz bu universitetlərdə aqrar sahə üzrə təhsil almağa göndərəcəyik. Mən üzümü valideyinlərə tutub müraciət edirəm.

Azərbaycan aqrar ölkədir və bu sahənin inkişafı Azərbaycan üçün böyük prespektivlər vəd edir. Ona görə də övladlarını həmin üniversitetlərin aqrar ixtisaslar üzrə təhsil almağa göndərməkdən çəkinmsinlər".

Elnarə Əlosmanqızı
AzNews.az