Müsavat, “Nida” və “Real” arasında seçki görüşü - Saziş imzalanacaq

26 Avqust 2015 13:26 (UTC+04:00)

Bu barədə AzNews.az-a Müsavat Partiyasından məlumat verilib. Bildirilib ki, görüş Müsavat Partiyasının qərargahında keçirilir. Üçlüyün bu görüşdə əsas məqsədi parlament seçkiləri ilə əlaqədar Müsavat partiyası "REAL" və "Nida" arasında birgə əməkdaşlıq sazişinin bağlanmasıdır.

Aldığımız məlumata görə, sözügedən saziş imzalanmayıb. Qurumlar təklifi müzakirə edib, sonradan qərar verəcəklərini bildiriblər.

Bahar RÜSTƏMLİ
AzNews.az