London taksiləri ilin ən yaxşısı oldu

20 Oktyabr 2012 08:05 (UTC+04:00)
Taksilərin rahatlıq və digər göstəricilərinə görə, sərnişinlər arasında sorğusu keçirilib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, artıq 5-ci ildir ki, London taksiləri 28 ölkədə keçirilən sorğularda birinciliyi qazanır.

Sərnişinlər əsas göstərici kimi təmizliyi, lazımi ünvana tez çatdırılmanı, rahatlığı, xoş münasibəti, təhlükəsizliyi və qiymətin əl çatanlığını göstəriblər.

Sadiq Musa
AzNews.az