2 əsgər və 1 zabit öldürüldü - Rusiyada
26 Avqust 2015 20:24 (UTC+04:00)
AzNews.az bu barədə Trend-ə istinadən xəbər verir.
İnsident bu gün Kostroma vilayətindəki hərbi düşərgənin qarovul məntəqəsində baş verib.
Məlumatda bildirilir ki, əsgər hərbçilərə avtomatdan atəş açıb. Hadisənin baş verməsi nəticəsində iki hərbçi yaralanıb. Atəş acan əsgər isə sonra özünü öldürüb.
İlkin ehtimallara görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Müdafiə Nazirliyinin xüsusi komissiyasının hərbi hissədə araşdırma apardığı bildirilir. Yaralı hərbçilər hospitala yerləşdirilib.