Məhkəmə Anar Məmmədlini həbsdə saxladı

26 Avqust 2015 20:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Turan-a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, bir müddət əvvəl Anar Məmmədlinin qanunsuz həbsi ilə bağlı Avropa məhkəməsinə ilk şikayət göndərilib. Bu şikayət üzrə Azərbaycan hökuməti ilə kommunikasiya artıq yekunlarşıb və qərar gözlənilir.

Müdafiə tərəfi hökmdənkassasiya şikayəti vermişdi.

Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək fikrindədir.

Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs edilib, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergidən yayınma ittihamı ilə 5 il yarım azadlıqdan məhrum edilib.

2014-cü il dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.