Əsəd Ərdoğanı təhqir etdi - Ağalarının sözü ilə hərəkət edən oyuncaq
26 Avqust 2015 21:34 (UTC+04:00)
Ərdoğanı ağalarının sözü ilə hərəkət edən oyuncaq adlandıran Suriya rəhbəri onun xəyallarla yaşayan uğursuz adlandırıb.
B.Əsəd bildirib ki, xalqın dövlətə inamı olmasaydı dörd ildən artıq müddətdə düşmənə qarşı mübarizə aparmazdı: "Xalqın dəstəyi olmadan heç bir dövlət və ordu uzun müddət müqavimət göstərə bilməz".
Terrorçu qruplaşmaları İsraillə əlaqələndirən Əsəd bildirib ki, Suriya böhranının həlli yaxın gələcəkdə görünmür: "Çünki beynəlxalq güclərin Suriyada öz maraqları var. ABŞ isə terrorun davam etməsini istəyir".