Türkiyə Əsədə müraciət etdi

20 Oktyabr 2012 08:11 (UTC+04:00)


Ötən gün Ankara Qurban bayramı ərəfəsində Suriyada qırğınların dayandırılması üçün çağırış edib. "Zaman" qəzetinin yaydığı məlumatda Xarici İşlər naziri Əhməd Davudoğlunun Əsəd rejiminə və müxaliflərə müraciət edərək tərəflərin bayram ərəfəsində silahı şərtsiz yerə qoymasını istədiyi bildirilir. İnsanların helikopterlərdən bombalanmasının dərhal durdurulmasını istəyən Davudoğlu: "Ümid edirəm Suriya rejimi beynəlxalq aləmin bu çağırışına məsuliyyətlə yanaşacaq və Qurban bayramı müddətində qan axmasına imkan verməyəcək" bəyanatını səsləndirib. Davudoğlu eyni zamanda müxalifətin də atəşkəsə riayət etməsini də istəyib. Baş nazir Qurban bayramı müddətində Suriyaya yönəlmiş qida və dərman yardımlarının da artırılacağını da bildirib.

"Zaman"ın yazdığına görə, atəşkəsin mümkün qədər uzun sürməsi üçün diplomatik səylər davam edəcək. İlk olaraq BMT və Ərəb Birliyinin Suriyadakı təmsilçisi Əl-Ahtar əl-İbrahimi tərəfindən ortaya atılmış bayram atəşkəsi təklifinə İranın da dəstək verəcəyi gözlənilir. Belə ki, İbrahimi ötən həftə bu məqsədlə İstanbula gəlib. İran prezidenti Mahmud Əhmədinejat da baş nazir Rəcəb Tayyib Ərdoganla Bakıdakı görüşü zamanı təklifə dəstək sözü verib.

Bu arada ölkələrindəki hərbi müdaxilələrdən əziyyət çəkən və aralarında əsgər və yaralıların da olduğu daha daha 123 suriyalı Türkiyəyə sığınıb. Qurban Bayramında atəşkəs təklifinin müzakirələrinin davam etdiyi müddətdə isə Əsəd rejiminə bağlı ordu bölmələrinin xalqa qarşı keçirdikləri əməliyyat sayını artırıblar. Belə ki, ötən gün müxalifətə tuşlanmış silahlar daha 82 adamın həlakına səbəb olub.

Ülviyyə Tahirqızı
AzNews.az