Çeçen və vyetnamlıları aparan azərbaycanlı saxlanıldı - Belarusda

26 Avqust 2015 23:58 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, avtomobildə həmyerlimiz ilə birlikdə iki Rusiya (Çeçenistan) və dörd Vyetnam vətəndaşı olub.

Həmyerlimiz azdıqlarını bildirsədə, sərhədçilər axtarışlar zamanı maşının baqajından tapdıqları şəxsi əşyalar əsasında onların Belarus sərhədini qeyri-qanuni keçərək Avropaya getmək istədiklərini müəyyən ediblər.

Qeyri-qanuni miqrantlar Smorqonsk rayon müvəqqəti saxlama təcridxanasına gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.