Gürcü parlamenti bölündü

20 Oktyabr 2012 08:14 (UTC+04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyası parlamentdə tutulan yerlərin sayını açıqlayıb.
AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, parlamentdə 85 yerə İvanişvilinin "Gürcü arzusu" koalisiyası, 65 yerə isə Saakaşvilinin "Vahid milli hərəkat" partiyası sahib olub.

Bundan əlavə, yeni parlamentin ilk iclasının vaxtı da açıqlanıb. Verilən məlumata görə, Gürcüstan parlamentinin ilk iclası Kutaisidə, oktyabrın 21-də baş tutacaq.

Sadiq Musa
AzNews.az