Türkiyədə daha bir terror - 1 ölü, 7 yaralı

27 Avqust 2015 19:08 (UTC+04:00)

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, PKK terrorçuları Şırnakın Cizre mahalına bağlı Nur Məhəlləsindəki Cizre Qarnizon Komandirliyinə lüləli silahlardan atəş açıb.

Hadisı zamanı 7 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələri dərhal terrorçulara cavab verib. Dəclə Elektrik Paylama AŞ (DEDAŞ) işçisi Məsud Vətən həyatını itirib.

Hücumda yaralanan 3 əsgər və 4 məhəllə sakini Cizre Dövlət Xəstəxanasına aparılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.