Minsk Qrupunun həmsədrləri bölgəyə səfər edəcəklər - Payızda

27 Avqust 2015 19:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik məlumat verib.

O bildirib ki, hələlik səfərin dəqiq tarixi məlum deyil. "Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərini BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək iclası zamanı bir araya gətirməyi və danışıqlar prosesinin irəli aparılması istiqamətində fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirik. Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyacımız var", - deyə səfir qeyd edib.