İçərisində 50 qaçqının meyiti olan yük maşını tapıldı
27 Avqust 2015 20:32 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yük maşını Noyzidl və Parn yaşayış məntəqələrini birləşdirən А4 magistral avtomobil yolunda aşkarlanıb.
Yük avtomobilində Macarıstana məxsus dövlət nömrə nişanlarının olduğu bildirilir.
Hazırda Avstriya və Macarıstan polisi tərəfindən yük maşınının sürücüsünün müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.