Obamadan Romniyə diaqnoz

20 Oktyabr 2012 11:25 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama respublikaçı rəqibi Mitt Romniyə diaqnoz qoyub. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Obama Romninin xəstəliyini "Romneziya" adlandırıb.

Dolayısı ilə Romniyə ilişən Obama onu yaddaşsızlıqda ittiham edib və bildirib ki, o, əvvəlki mövqeyindən çəkinir. "Romni şəxsi mövqeyinin necə olduğunu unudur və çalışır ki, siz də unudasınız".

Sadiq Musa
AzNews.az