Azərbaycanlı həkim Həccdə dünyasını dəyişdi

20 Oktyabr 2012 09:03 (UTC+04:00)


Müqəddəs Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri, 1947-ci il təvəllüdlü Bakı sakini Hidayətova Raziyə ziyarət zamanı dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, xanım zəvvarın səhhəti sübh namazından sonra pisləşib.

Ona ilkin tibbi yardım göstərilib, lakin həkimlərin davamlı səylərinə baxmayaraq, zəvvar xanım bir qədər sonra ürək çatışmazlığından keçinib. Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunacaq, onun ruhuna Quran oxunacaq, ehsan veriləcək.

Qeyd edək ki, Raziyə Hidayətova Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının baş həkiminin müavini vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!


AzNews.az