Rusiyada axtarışda olanlar ölkəmizdə tutuldu

20 Oktyabr 2012 09:09 (UTC+04:00)
Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxslər Azərbaycanda həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Rasim Babayev və Anar Hüseynov tutulublar.


AzNews.az