27 yaşlı oğlan intihar etdi - Masallıda
28 Avqust 2015 17:33 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Dəmirçilər kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Aqil Asif oğlu Abbasov əmisinə məxsus fərdi yaşayış evində özünü asaraq öldürüb. Hadisənin hansı səbəblərdən baş verdiyi hələlik bilinmir.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.