Türkiyədə ingilis jurnalistlər saxlanıldı – SƏBƏB

28 Avqust 2015 17:52 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, polislər tərəfindən televiziya müxbiri, operator və tərcüməçi olmaqla üç nəfər saxlanılıb.

"Vice News"un müxbiri Jake Hanrahan, operator Philip Pendlebury və adı öyrənilə bilməyən tərcüməçinin polis idarəsindəki sorğuları davam edir.

Əldə edilən məlumata görə,Diyarbəkirdə Silvan və Lise rayonlarında tətbiq edən küçəyə çıxma qadağasına etiraz etmək məqsədilə dünən aparılan aksiyanı xəbər etmək üçün şəhərə gələn xarici jurnalistlər əvvəlcə polis tərəfindən təqib edilib, daha sonra saxlanılıblar.

Qeyd edək ki, bu Diyarbəkirdə xarici jurnalistlərin ilk saxlanılması deyil. Diyarbəkir Polis İdarəsi daha öncə holland jurnalist Frederike Geerdinki saxlayıb. Geerdink barədə terror təşkilatı təbliğatı barədə cinayət işi açılıb. Lakin məhkəmə onun barəsində bəraət hökmü verib.

Aydan Axundova