Azərbaycan-Litva mədəni əlaqələri müzakirə olunub

20 Oktyabr 2012 11:11 (UTC+04:00)
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 18 oktyabr tarixində Litva Respublikasına rəsmi səfər edib. Nazir, səfər çərçivəsində Litvalı həmkarı, nazir Arunas Gelunasla görüşüb.

Görüşdə, Litva mədəniyyət nazirinin müavini Deividas Staponkus, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədov iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüş zamanı Litva ilə Azərbaycan arasında dostluq münasibətləri yüksək qiymətləndirilməklə yanaşı, mədəniyyət sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti, səfər çərçivəsində "Böyük Litva Knyazları Sarayı" Milli Muzeyi və Milli İncəsənət Qalereyasındakı incəsənət nümunələrilə də tanış olub.

Bahar Rüstəmli
AzNews.az