Tünzalə Ağayeva Uitni Hyustonu yad etdi – FOTO

20 Oktyabr 2012 12:01 (UTC+04:00)


Əməkdar artist Tünzalə Ağayeva M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib. Konsert ənənəvi Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilib.

AzNews.az-ın məlumatına görə, Rahib Azərinin açıq elan etdiyi konsertdə T.Ağayeva, Layza Minelli, Uitni Hyuston, Barbara Streyzand və dünya şöhrətli digər müğənilərin repertuarından mahnılar oxuyub.

Konsertdə həmçinin görkəmli dirijor Yalçın Adıgözəlov və rusiyalı pianoçu Vyaçeslav Qryaznov da çıxış ediblər.

Xatırladaq ki, Bakı Beynəlxalq Caz Festivalı, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı keçirilir.

Fuad Mədətov
AzNews.az