Sevda Yahyayeva Ukraynaya gedir

20 Oktyabr 2012 15:15 (UTC+04:00)

Gənc müğənni Sevda Yahyayeva yeni klip çəkdirəcək. AzNews.az-ın məlumatına görə, müğənni, repertuarında yer alan "Sən" mahnısının ekran variantını məhz Ukraynada hazırladacaq.

Klipin müəllifi də ukraynalı rejissor olacaq. Çəkilişlər bir həftə davam edəcək.

Qeyd edək ki, "Sən" mahnısının sözləri Aygün İsmayılovaya, musiqisi isə Pərviz Mahmudova məxsusdur.

Fuad Mədətov
AzNews.az